Bakının "20 yanvar" stansiyası yaxınlığında qadınlar uşaqları ilə birlikdə YOLU BAĞLADILAR – FOTO

Baxış sayı:
3823

Bakının Yasamal rayonunda vətəndaşlar maşın yolunu kəsiblər. Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilir ki, qadınlar və uşaqlardan ibarət ailə üzvləri "20 yanvar" stansiyası yaxınlığında, üzü Tbilisi istiqamətində yolu bağlayıblar. Fotodan da göründüyü kimi 5 qadın və uşaqlar yolu bağlayıb. Ərazidə böyük tıxac yaranıb. Hadisənin səbəbləri bilinmir. Hadisə ilə əlaqədar yasama rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirdilər ki, məsələ ilə əlaqədar rəhbərliyə məruza ediləcək. Araşdırmalardan sonar vətəndaşların nə səbəbə etiraz etdikləri məlum olacaq. Hadisənin görüntülərini təqdim edirik.