Bakılı milyarder qadın və onun ərinin sərvəti dünyanın gündəmində - FOTOLAR

Baxış sayı:
1212

Anqolanın sabiq prezidenti Jise Eduardi Dos Santosun qızı haqqında mətbuata sızan bilgilər ciddi gərginlik yaradıb.

İzabel Dos Santos Afrikanın ən zəngin qadını sayılır.

Mətbuata sızdırılan məlumatlarda İzabel və əri Sindika Dokolun dövlət hesabına zəngin olmaları qeyd olunur. Məlumatlara görə, bu barədə 700-ə yaxın sənəd yayılıb.

Anqola Afrikanın neft və almaz kimi yeraltı sərvətlərlə zəngin ölkələrindən biridir. Bu ölkə telekommunikasiya sənayesi və daşınmaz əmlak üçün də cəlbedici investisiya bölgələrindən biridir.

Jose Eduardo dos Santos Isabel dos Santos ile ilgili görsel sonucu

İzabel  Dos Santos, həyat yoldaşı Sindika Dokolo ilə birlikdə atasının prezident olduğu dövrdə onun səlahiyyətlərindən istifadə edərək, “şübhəli sövdələşmələr və investisiyalar” etməkdə günahlandırılır.

İzabel Dos Santos iddiaları rədd edərək, bunu siyasi oyun adlandırıb. O, bu prosesi Anqolanın indiki idarəçiləri tərəfindən “cadugər ovu” adlandırıb. “Luanda sızıntıları” adı verilən bilgilər 37 media qrupu tərəfindən araşdırılıb.

İzabel Santos Anqolada haqqında aparılan korrupsiya araşdırmalarına görə uzun müddətdir ki, Londonda yaşayır.

Isabel dos Santos DIAMOND ile ilgili görsel sonucu

IZABEL DOS SANTOS KİMDİR?

Anqolanın keçmiş prezidenti Jise Eduardi dos Santosun böyük qızıdır.

Konqolu iş adamı və kolleksiyaçı Sindika Dokolo ilə evlidir.

İngiltərədə oxuyub və bu ölkədə yaşayır.

Afrikanın ən varlı qadını sayılır.

Onun təxmini sərvəti 2 milyard dollar civarındadır.

Əsasən Anqola və Portuqaliyadakı bəzi banklarda, neft və telekommunikasiya şirkətlərində səhmlərə sahibdir.

Sindika Dokolo ile ilgili görsel sonucu

Sindika Dokolo

Yayılan sənədlərə görə, atasının prezidentliyi dövründə 2016-cı ildə şirkət rəhbəri təyin olunan İzabel Santos vəzifə müddətində və vəzifəsindən getdikdən sonra Dubayda yerləşən məsləhət şirkətinə 58 milyon dollar ödəyib. Bu ödənişlərin edildiyi “Matter Business Solutions” şirkətinin sahibi və meneceri İzabel Santosun yaxın dostu olduğu məlum olub. Əldə edilən sənədlərdə İzabel Santosun işdən çıxarıldığı gün də yüz minlərlə dolları sözügedən şirkətə ödədiyi göstərir.

İzabel Santosun “Galp” şirkətində də 830 milyon dollar səhmlərinin olduğu açıqlanıb.

Isabel dos Santos'un Sonangol'daki son haftasında imzaladığı faturalardan bazıları

ALMAZ BAĞLANTISI

İzabel Santosun almaz sənayesində də qaranlıq işlərlə məşğul olduğu açıqlanıb.

Sənədlərə görə, İ.Santosun həyat yoldaşı Sindika Dokolo, 2012-ci ildə Anqolanın almaz şirkəti “Sodiam” ilə birtərəfli müqavilə imzalayıb.

DIAMOND ile ilgili görsel sonucu

Bu razılaşmaya görə, hər iki tərəf İsveçrənin lüks zərgərlik şirkəti “Grisogono”dakı paylarında 50 faiz ortaq olmalıdır.

Ancaq şirkət dövlət tərəfindən maliyyələşdirilirdi. Sənədlərdən aydın olub ki, “Sodiam” şirkəti bu müqavilə üçün 79 milyon dollar, Dokolo isə cəmi 4 milyon dollar xərcləyib. Ayrıca sabiq prezidentin öz kürəkəninə almaz satışı ilə bağlı xüsusi imtiyazlar verdiyi də qeyd olunur.

İzabel Santosun dənizkənarı bir layihəsi üçün 500 ailə evlərindən çıxarılıb və hazırda kanalizasiya sistemlərinə yaxın olan bir ərazidə yaşamağa məcbur qalıblar.

belgeler

Sonda onu da qeyd edək ki, 2018-ci ildə İzabel Dos Santosun 1973-cü ildə Bakıda dünyaya gəlməsi haqqında məlumatlar yayılmışdı. İzabel Dos Santos, Anqolanın sabiq prezidenti Jise Eduardi dos Santosun bakılı Tatyana Kukanova ilə nikahından olan ilk övladıdır. Anqolanın sabiq prezidenti vaxtilə Azərbaycan Neft Akademiyasının məzunu olub. 2018-ci ildə "Forbes" jurnalı İzabel Dos Santosu Afrikanın ilk milyarder qadını elan etmişdi./musavat.com/

tatiana kukanova Jose Eduardo dos Santos ile ilgili görsel sonucu

isabel dos santos photos ile ilgili görsel sonucu

isabel dos santos photos ile ilgili görsel sonucu

isabel dos santos photos ile ilgili görsel sonucu

isabel dos santos photos ile ilgili görsel sonucu

isabel dos santos photos ile ilgili görsel sonucu

isabel dos santos photos ile ilgili görsel sonucu

Isabel dos Santos ve eşi dünya yıldızlarıyla birlikte film galalarına katılıyor