Bakılı erməni nazir ordunu geri çağırdı: “Bu zir-zibil...”

Kiyevdə Ali Radanın önündə toplaşan etirazçıları qorumaq üçün göndərilən ordu qüvvələri geri çağırılıb.
Muxalifet.az teleqraf.com-a istinadla xəbər verir ki, bununla bağlı Ukraynanın Daxili İşlər naziri Arsen Avakov Tvitter hesabında məlumat verib:
“Dövlət resurslarını sərf etmək və Rada qarşısındakı bu zir-zibili qorumaq niyyətində deyilik. DİN qüvvələrinin geri çağırılması ilə bağlı əmr vermişəm”.
Qeyd edək ki, Mixail Saakaşvili tərəfdarları oktyabrın 17-dən etibarən Ali Rada önündə etiraz aksiyalarına başlayıb. Onlar deputatların toxunulmazlığının ləğvini, anti-korrupsiya məhkəməsinin yaradılmasını və seçki qanununda dəyişiklik edilməsini tələb edirlər.