Bakılı Aleksandr Sankt-Peterburqun qubernatoru seçildi

Baxış sayı:
14081

Aleksandr Beqlov Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatoru seçilib. 
“RİA Novosti”nin verdiyi xəbərə görə, Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, Sankt-Peterburqun qubernatoru vəzifəsini icra edən A. Beqlov 64,47 faiz səslə irəlidədir. 

Sankt-Peterburqda artıq seçki protokollarının 98,93 faizi sayılıb.

Rusiyanın Baş naziri Dmitri Medvedyev də qələbə münasibətilə A. Beqlovu təbrik edib.

Qeyd edək ki, A. Beqlov 1956-cı ildə Bakı şəhərində anadan olub./apa