Bakıdan qayıdan məşhur faciəvi şəkildə öldü

"Jara” festivalında iştirak edən sabiq ukraynalı millət vəkili İrina Berejnaya faciəvi şəkildə dünyasını dəyişib.
 
Baku.vs xəbər verir ki, Xorvatiya ilə İtaliya arasındakı dağlıq yolunda dəhşətli qəza baş verib. Qəzanın nəticəsində məşhur müğənni Ani Lorakın rəfiqəsi İrina Berejnaya həyatını itirib.
Məlumata görə, sabiq millət vəkili 8 yaşlı qızı ilə olub. Onların sürücüsü idarəetməni itirərək qəza törədib. Sürücü ilə İ.Berejnaya yerindəcə ölüb.
Sabiq millət vəkili şou-biznes nümayəndələri ilə dostluq edib. O, mütəmadi olaraq yığıncaqlarda iştirak edib./axar.az