​BAKIDAN DƏHŞƏTLİ GÖRÜNTÜLƏR – Yeni tikilən binanın altından neft püskürür... - VİDEO

Baxış sayı:
23521

Bura Bakıdır. Bu dəhşətli görüntülər Səbael rayonunun Bayıl qəsəbəsində çəkilib. Yəqin ki, çoxlarımız ərazidən keçərkən ilk baxışdan burada qeyri-adi hadisə olmadığını düşünə bilərik. Belə fikirləşə bilərik ki, yenə binanın kanalizasiya xəttində problem var, yaxud haradansa axan çirkli su yol kənarına yığılıb. Əslində isə...
Bəli, əslində diqqətli oxucularımız tərəfindən Muxalifet.az-a göndərilən bu görüntülər Bakıda dəhşətli hadisənin yaşana biləcəyini ortaya qoyur. Çünki Bayılda yeni tikilən binanın altından, belə demək mümkündürsə, aşkar şəkildə olaraq neft püskürür. Yol kənarında gördüyünüz çirkab da nə kanalizasiya problemindən qaynaqlanır, nə də yerdən çıxan qrund sularıdır. Bu gördükləriniz yeni tikilmiş binanın altından püskürən neftdir. Çox təəssüf ki, binanın bu ərazidə tikilməsinə öz yetkisini vermiş məmurlar daha çox gəlir qazanmaq üçün bu faktı “gözdən qaçırıblar”. Məhz bu məmurların xanımları, övladları xarici ölkələrdə kef eləsin deyə, gördüyünüz bu binada yaşayan sakinlərin həyatı təhlükə altına düşüb. Ən azı ona görə ki, altından neft çıxan binada yaşayan sakinlər ciddi radiasiyaya məruz qalırlar. Başqa faciələri isə ağlımıza gətirmək istəmirik...

Muxalifet.az
 
Redaksiyadan: Mövzunu davam etdirəcəyik.