​Bakıdan Ankaraya qatar gedəcək - QİYMƏTLƏR

Baxış sayı:
12859

Bakı-Ankara qatarı fəaliyyətə başlayacaq.
Muxalifet.az Türkiyə Dəmiryollarına istinadən xəbər verir ki, vaqonlardan asılı olaraq, qiymətlər 97-200 manat (350-800 türk lirəsi) aralığında olacaq.
Qatarda dörd nəfərlik ailə və qruplar, cütlüklər, fiziki məhdudiyyətli şəxslər üçün rahat otaqlar yaradılıb.
Yemək servisi Azərbaycan Dəmiryolları tərəfindən təşkil olunacaq.
Qatar avqustda fəaliyyətə başlayacaq. Səfərin müddəti təxminən 40 saat olacaq.