Bakıdakı toz dumanı Türkmənistan ərazisindən gəlibmiş — NAZİRLİK AÇIQLADI

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün səhər saatlarından Bakının üzərini toz-duman qatının bürümüsəyilə bağlı açıqlama yayıb.
 
Müşahidə olunan toz dumanı Türkmənistan ərazisindən gəlib:
"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin 23 avqust 2017-ci il tarixində səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən, Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib. Buna səbəb Türkmənistan ərazisindən daxil olan toz dumanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.
Qeyd edək ki, Bakı və Abşeron yarımadasında zəif cənub-şərq küləyinin əsməsi, yüksək nisbi rütubət və temperaturun olması ilə əlaqədar 26 avqust 2017-ci il tarixinədək atmosfer havasında tozun miqdarının bir qədər də artacağı proqnozlaşdırılır.