Bakıdakı silahlı insidentlə bağlı BAŞ PROKURORLUQDAN AÇIQLAMA

Baxış sayı:
2539

Masazır qəsəbəsində baş verən silahlı hadisə ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (Ölümə qəsd, xüsusi qəddarlıqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Bu barədə virtualaz.org-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, cinayət "Günəş" mənzil alqı-satqısı ofisinin qarşısında baş verib.

Hazırda cinayətin hansı səbəbdən və hansı şəraitdə baş verdiyini müəyyən etmək üçün zəruri əməliyyat-axtarış tədbirləri görülür.

*   *   *12:17

Abşeron rayonunun Masazır qəsəbəsində baş verən silahlı insidentin təfərrüatları məlum olub.

"Yeni Bakı" Yaşayış Kompleksindәn verilən məlumata görə, hadisə kompleks ərazisində deyil, qәsәbәdә yerləşən "Qәbәlә" kafesindәki ev alqı-satqısı ofisindә baş verib.

Münaqişəyə ev alqı-satqısı ilә mәşğul olan şәxslәrlə şәhәrciyin komendantı Ehtiram Yusifov arasında söyüş üstündə yaranan mübahisə səbəb olub. Silahlı insident zamanı yaralanan şәxslәr "Yeni Bakı" yaşayış kompleksinin sakinlәri deyil.

*   *   *08:34

Masazırda 3 nəfər "Vinçester" markalı odlu silahdan açılan atəş nəticəsində çoxsaylı qırma yarası alıb. Hadisə qəsəbədəki "Yeni Bakı" yaşayış kompleksi ərazisində baş verib. 

Hadisə zamanı 1994-cü il təvəllüdlü Kamran Qasımov sağ ayağından, 1990-cı il təvəllüdlü Talıbov Məmməd döş və qarın nahiyələrindən və 1980-ci il təvəllüdlü Gəncəliyev Zaur döş və qarın nahiyələrindən çoxsaylı qırma yarası alıblar. Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alanların sözlərinə görə, onlara "Vinçester" markalı silahdan atəş açan "Yeni Bakı" yaşayış kompleksinin komendantı Ehtiram adlı şəxsdir. Hadisənin motivləri haqda məlumat verilmir. Bununla belə "Yeni Bakı" yaşayış kompleksində sakinlərlə kompleksi inşa edən şirkətin nümayəndələri arasında tez-tez münaqişələrin olduğu məlumdur. Bu kompleksi "İlin 4 fəsli" MTK adlı şirkət tikib.