Bakıdakı qəzada ər və arvadı yaralandı

Baxış sayı:
13027

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Muxalifet.az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən Ruslan marketin yaxınlığında qeydə alınıb. Belə ki, qəza zamanı 1952-ci il təvəllüdlü Yolçuyev Nizami Nüsrət oğlu və onun həyat yoldaşı 1953-cü il təvəllüdlü Yolçuyeva Nüşabə Qafar qızı xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Yolçuyev Nizamiyə döş qəfəsinin əzilməsi, Yolçuyeva Nüşabəyə isə hər iki biləyin sınığı diaqnozu qoyulub.