​BAKIDAKI MÖHTƏŞƏM PARAD TÜRK MEDİASINDA! – Ərdoğanın Ermənistana mesajları Türkiyədə gündəm oldu

Baxış sayı:
5332

Türkiyənin nüfuzlu media orqanları Azərbaycanın işğaldan azad olunmasının 100 illiyi münasibəti ilə Bakıda keçirilən möhtəşəm paraddan yazıb. O cümlədən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda verdiyi mühüm Qarabağ mesajları da qardaş ölkənin mediasında manşet olub.
“Anadolu” agentliyinin dərc etdiyi “Azərbaycana hər cür dəstək verməyə hazırıq” sərlövhəli yazıda qeyd olunur:

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azadlıq Meydanında Qafqaz İslam Ordusunun təşkili və Bakının qurtuluşunun 100 illiyi ilə bağlı keçirilən parada qatılaraq, nitq söylədi. Ərdoğan dedi: “Azərbaycan 1991-ci ildə müstəqilliyini yenidən qazandıqdan sonra, onu ilk tanıyan dövlətin Türkiyə olması əsla təsadüf deyil, qan qardaşlığımızın təbii sonucudur. Türkiyə olaraq, müstəqilliyinin ilk illərindən başlayaraq Azərbaycana hər cür dəstəyi verdik, verməyə də davam edəcəyik.
Bizlər dünyanın 34 ölkəsində ayrı şəhidliyi olan ölkəyik. 1132 şəhid məzarıyla Azərbaycan Türkiyədən sonra ən çox şəhidliyimizin və şəhid məzarımızın olduğu ölkədir. Burada qoyun-qoyuna yatan şəhidlərimiz eyni zamanda ölkələrimiz arasında qədər ortaqlığının da timsalıdır. Türkiyə və Azərbaycan keçmişi bir, mədəniyyəti bir, dini bir iki qardaş ölkədir”.
Ərdoğan nitqində Azərbaycanın mərhum şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” adlı şeirindən bir parça oxuyaraq, iki ölkənin bu sətirlərdə təcəssüm edən qardaşlığının ən gözəl örnəyi olduğunu dilə gətirdi.
15 sentyabr 1918-ci ildə Azərbaycanda baş verən savaşın əsla sıradan bir hadisə olmadığının altını çizən Ərdoğan, daha sonra bunları qeyd etdi: “Bir əsr öncə burada verilən mücadilə bizim qardaşlığımızın, dostluğumuzun, birlik və bərabərliyimizin də örnəyidir. Keçmişi bilmədən, bir əsr öncə Nuru Paşa və əsgərlərinin minlərlə kilometr uzaqlıqdan Bakı və Gəncəyə dəstəyə gəlmələrinin səbəblərini anlamadan Azadlıq Meydanındakı bu birlik tablosunun mənasını da qavramaq olmaz”.
Türkiyənin “Milliyet” qəzeti isə Ərdoğanın Bakı səfəri və Azərbaycan paytaxtında keçirilən möhtəşəm parad haqda bunları yazdı:
“Bakıdakı çıxışında Türkiyə-Ermənistan əlaqələri ilə bağlı önəmli mesajlar verən Ərdoğan vurğuladı: “Azərbaycanın sevinci bizim sevincimiz, qüruru buzim qürurumzdur. Dərdi, sıxıntısı, problemi də bizim problemimizdir. Azərbayan ağlayarasa, biz də ağlayarıq, Azərbaycan sevinərsə, biz də sevinərik. Azərbaycanən ən böyük sıxıntı qaynağı olan Dağlıq Qarabağ bizim üçün də eyni dərəcədə sıxıntı qaynağıdır. Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın ortaya qoyduğu mücadiləni sonuna qədər dəstəkləyəcəyik. İllərdir vətən həsrətiylə həyatlarını davam etdirən 1 milyondan çox qardaşımızın artıq göz yaşlarının dayanmasını istəyirik. Qardaş ölkənin torpaqlarının 20 faizini işğal altında saxlayanlar, 1 milyondan artıq qardaşımızın öz yurduna dönməsinə imkan verməyənlərin bizdən sərhəddi açmağı gözləmələri boşunadır. Türkiyənin buz məsələdə qərarı bəllidir, təkdir və qətidir”.
Ərdoğan daha sonra Bakıda paraddan bəhs edib: “Türk əsgəri bu gün burada Azərbaycanla kürək-kürəyə bundan tam 100 ilə əvvəl birlikdə qazanılan böyük zəfərin ildönümünü qeyd edir. Bu, gələcək nəsillərə buraxa biləcəyimiz ən böyük ərmağandır. Bir əsr öncə bu torpaqlarda minlərcə şəhidimizin qanıyla yazılan dastanın unudulmasına və unutdurulmasına əsla imkan verməyəcəyik. Hər iki ölkənin gənclərinin də ortaq tariximizdən və bu günkü tədbirlərdən alacaq dərsləri olduğuna inanıram”.
“Milliyet” qəzeti daha sonra Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı paytaxtda müşayət etməsinə diqqət ayırıb: “Azərbaycana gerçəkləşdirilən rəsmi ziyafətlərdə prezident İlham Əliyev qonaq dövlət rəhbərlərini müşayət etmir. Ancaq dünənki ziyarətlərdə Əliyev məhz Ərdoğanı müşayət etdi. Azərbaycan prezidenti şərəf dəftərinə 100 il öncə azadlıq və müstəqillik mücadiləsində ölkəsinin yardımına gələrək şəhid olan Türk əsgər və zabitlərin xatirəsinin əziz olduğunu yazdı. Azərbaycan dövlətinin və Azərbaycan xalqının istiqlal uğrunda canını fəda edən Türk qardaşlarının xidmətlərinə böyük önəm verdiyinə diqqət çəkən Əliyev, bu ifadələri qeyd etdi: “Bu gün bur daha qardaş Türk şəhidlərini sayqı ilə yad edir, hər birinə Allahdan rəhmət diləyirəm. Onların dəfn edildiyi Türk şəhidliyi Türk əsgərinin şücaətini göstərməklə bərabər, Türükiyə və Azərbaycanın - bir millət, iki dövlətin sarsılmaz birliyini və əbədi qardaşlığını təcəssüm etdirir”.
Qeyd edək ki, Türkiyə mediasında Bakıda təşkil olunan möhtəçəm parada xüsusilə diqqət ayrılıb. Belə ki, Türkiyə və Azərbaycan silahlı qüvvələrinin 100 il bundan əvvəlki dönəmi xatırladan geyimləri, Türk ulduzların və Azərbaycan pilotlarının paytaxt səması üzərində akrobatika nümayiş etdiriməsi və paraddın qüsursuz keçirilməsi böyük hərflərlə qeyd olunub.

 

Muxalifet.az