​Bakıdakı kafelərdən birində üç nəfər bıçaqlandı

Bakının Suraxanı rayonunun Qum adası ərazisində yerləşən "Kür" kafesində dava düşüb.
“Report” məlumatına görə, nəticədə üç nəfər bıçaq xəsarətləri alıb.
Belə ki, 1990-ci il təvəllüdlü Musa Hüseynov sağ boyun və sol bud nahiyələrinin, eyni yaşlı Səbuhi Hüseynov sol dizin və 1986-ci il təvəllüdlü Oktay Yusifzadə qarın nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Kliniki Tibbi Mərkəzinə daxıl olublar.
Onlara bıçaq xəsarətləri yetirən şəxs hələlik məlum deyil.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.