​Bakıdakı dəhşətli yanğının SƏBƏBİ AÇIQLANDI

Baxış sayı:
2758

Respublika Narkoloji Mərkəzində yanğın binanın daxilindəki elektrik xətlərində olan problem nəticəsində baş verib.
Bu barədə Azərişıq ASC-dən məlumat verilib.
Qurumdan bildirilib ki, “Azərişıq” sayağaca qədər gələn elektrik xətlərində baş verən hər hansı qəzaya cavabdehlik daşıyır: “Binanın daxilindəki xətlərə nəzarət etmək bizim səlahiyyətimiz çərçivəsində deyil. Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmalar başa çatandan sonra yanğının dəqiq səbəbi bilinəcək”.
Qeyd edək ki, bu gün Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında dəhşətli yanğın baş verib. Nəticədə 25 nəfər ölüb, 3 nəfər yaralanıb.