​Bakıda zəncirvari qəza: Böyük tıxac yarandı

Baxış sayı:
963

Bakıda zəncirvari yol qəzası baş verib.
Muxalifet.az-ın məlumatına görə, hadisə paytaxtın Heydər Əliyev prospektində, "Bağırov körpüsü”nün yaxınlığında baş verib.
Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edən "Chevrolet", "Mercedes" və "Nissan" markalı avtomobillər toqquşub. Nəticədə prospektdə böyük tıxac yaranıb.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb ediliblər.