​Bakıda zirzəmidə üzərində ərəb və fars dillərində yazı olan SİLAH TAPILDI

Baxış sayı:
2020

Bakıda binanın zirzəmisindən silah-sursat tapılıb.
Hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Yaşayış binasının zirzəmisində üzərində ərəb və fars dillərində yazı olan 1 ədəd avtomat, 254 ədəd patron və 3 ədəd avtomat darağı aşkar edilərək götürülüb. (apa)