​Bakıda yüksək vəzifəli məmura qarşı DƏLƏDUZLUQ: 170 min...

Baxış sayı:
539

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) vəzifəli məmuruna qarşı dələduzluq edilib.
Report-un xəbərinə görə, BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzov hüquq-mühafizə orqanlarına müraciət edərək iki nəfərin ona qarşı 170 min manatlıq dələduzluq etdiyini bildirib.
Məsələnin təfərrüatı açıqlanmır.
Hazırda fakt üzrə araşdırma aparılır.