Bakıda yük maşınına çırpılan “Mercedes”in sürücüsü öldü

Baxış sayı:
4561

Bakıda baş vermiş qəzada ağır yaralanan sürücü 1 ay sonra vəfat edib.
Aprelin 14-də saat 16 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Hacıqabul rayon sakini F.Tağıyevin idarə etdiyi “KamAZ-5511” və Bakı şəhər sakini Malik Şirinovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş M.Şirinov mayın 19-da orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır./Publika