​Bakıda yük maşını sürücüsündən təhlükəli hərəkət

Baxış sayı:
6568

Bakının Binəqədi rayonunda yük maşını sürücüsü vətəndaşların həyatını təhlükəyə atıb.
Bu barədə hadisə şahidləri məlumat veriblər.
Bildirilir ki, “KamAZ” markalı, 99 DH 047 nömrə nişanlı maşının sürücüsü təhlükəli məqamlarla kameraya tuş gəlib. O, maşına dəmri parçaları yükləyib və avtomobili sürətlə idarə edir. Dəmirlər maşına elə yüklənib ki, sürücü avtomobili idarə edərkən onlar az qalır ətrafa düşsünlər.