Bakıda yük maşını qəzaya uğradı - Sərnişini FHN XİLAS ETDİ
12-12-2018 15:23
Baxış sayı:
4012
Bakıda ağır yol qəzası baş verib.
Muxalifet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Suraxanı rayonunda “Kamaz” markalı yük avtomobili yol kənarındakı maneəyə çırpılması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.