​Bakıda yük maşını qəza törətdi - daşıdığı qum yola dağıldı

Baxış sayı:
7759

Bakıda ağırtonnajlı maşın qəza törədib.
Trend-in məlumatına görə, hadisə bu gün səhər saat 08:40 radələrində metronun 20 Yanvar stansiyasının yaxınlığında baş verib.
Moskva prospektindən üzü şəhər istiqamətinə hərəkət edən yük avtomobili 20 Yanvar körpüsündəki beton maneəyə dəyib. Təkərləri partlayan maşının yük yerində olan qum yola dağılıb.
Hadisə nəticəsində sözügedən prospektdən üzü şəhər istiqamətinə olan yolda avtomobillər arasında sıxlıq yaranıb. Şahidlərin bildirdiyinə görə, qəza yerinə yol polisi də cəlb olunub.