Bakıda yük avtomobili və 1 ton kartof yanıb

Baxış sayı:
2419

Bakıda yanğın qeydə alınıb.
FHN-dən verilən məlumata görə, şəhərin Qaradağ rayonunda "Ford" markalı yük avtomobilinin yanar hissələri və banına yığılan 1 ton kartof yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.