​Bakıda yolu keçən piyadanı avtomobil VURUB ÖLDÜRDÜ

Baxış sayı:
3043

Bakıda yolu keçən piyadanı avtomobil vurub.
DİN-dən Trend-ə verilən məlumata görə, aprelin 24-də saat 13 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Nurlan Hüseynov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən paytaxt sakini Türkan Əvəzzadəni vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Nizami RPİ tərəfindən araşdırma aparılır.