Bakıda yataqxanadakı yanğın QƏSDƏN TÖRƏDİLİB: Hadisə nəticəsində 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb

Baxış sayı:
8635

Bu il martın 6-da Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov 12 ünvanında yerləşən yataqxanada baş verən yanğının qəsdən törədildiyi məlum olub.
Bu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.
O bildirib ki, faktla bağlı cinayət işi başlanılıb.
Qeyd edək ki, hadisə nəticəsində 2 nəfər ölüb, 6 nəfər xəstəxanaya yerləşdirilib. /Report