Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyyə olunub

Bu gün Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasının 2-ci mərtəbəsindən 18-ci mərtəbəsinə qədər 54 p.m elektrik kabeli yanıb.
 
FHN-in saytının verdiyi xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 23 nəfər bina sakini təxliyə olunub. Mənzillər yanğından mühafizə edilib. Yanğın saat 10:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.