Bakıda yaşayış binasında yanğın: 23 nəfər təxliyə edilib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.
Binanın 7-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 8 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı 23 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.