​Bakıda yaşayış binasında PARTLAYIŞ

Baxış sayı:
859

Bakıda yaşayış binasında partlayış olub.
APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 86 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Yaşayış binasının 2-ci blokunda baş verən partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir.
Dağıntılar altında qalanların olduğu ehtimalı da var.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.