Bakıda yaşayış binasında DƏHŞƏTLİ HADİSƏ - Liftin şaxtasına...

Baxış sayı:
1021

Bakı şəhər Binəqədi rayonu 8-ci mikrorayon ərazisində tikilən çoxmərtəbəli binada bədbəxt hadisə baş verib.
Muxalifet.az
publika.az-a istinadən xəbər verir ki, Naxçıvani küçəsi 103 ünvanında yerləşən "Naxçıvan Residence" yaşayış binasında qarovulçu işləyən Qurbanov Canpolad Xəlil oğlu yuxarı mərtəbədən liftin şaxtasına yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.