​BAKIDA YANĞIN: Xəsarət alanlar var

Baxış sayı:
12856

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub. 
FHN-dən Muxalifet.az-a daxil olan məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Artıq yanğın söndürülüb və digər evlərə keçməsinin qarşısı alınıb. Dörd nəfər yanğın zamanı tüstüdən zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.