​Bakıda yanğın: 2 nəfər xilas edildi, 10 nəfər isə...

Bakıda yanğın hadisəsi qeydə alınıb.
FHN-dən Muxalifət.az-a verilən məlumata görə, Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində 12 ədəd elektrik sayğacı, 12 ədəd elektrik açarı və 5 p.m kabel yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmiş 2 nəfər xilas edilib və 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yağından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.