​Bakıda xarici vətəndaşın 14 min dolları OĞURLANDI

Baxış sayı:
3289

Nərimanov rayonu ərazisində yerləşən klubda əcnəbi vətəndaşın cibindən pul və sənədlərini oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə martın 21-də baş verib. Əcnəbi vətəndaş Cavad Nuravkən Davudun cibindən içərisində 14000 ABŞ dolları, sürücülük vəsiqəsi, hərbi bilet və bankomat kartları olan pul kisəsi oğurlanıb.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Məftunə Mehdiyeva saxlanılıb.
Onun Nəsimi RPİ tərəfindən Cinayət Məcəlləsinin 177 (oğurluq) və 180-ci (soyğunçuluq) maddələri ilə axtarışda olması da müəyyən edilib.