Bakıda WhatsApp-a görə dəhşətli əməl - VİDEO

İki şagirdin mübahisəsi qanlı sonluq alıb. Birinin digərini təhqir etməsi mübahisəyə gətirib çıxarıb. Şagirdlərdən biri digərinə 18 bıçaq vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Bakıda iki məktəblinin mesajlaşma proqramında bir-birini təhqir etməsi faciə ilə nəticələnib. Nizami rayonunda yerləşən 238 saylı məktəbin şagirdləri olan Rövşən Şahmarov Elvin Muradova bıçaqla xəsarət yetirib.

Məktəbin drektor köməkçisi Səadət Məmmədova şagirdlər arasında yaranan mübahisənin hansı səbəbdən qaynaqlandığın bilmədiyini deyir.

Xəsarət alan Elvin Muradov Sabunçu rayon 3 saylı şəhər kliniki xəstəxanasina yerləşdirilib. Xəstəxanadan aldığımız məlumata görə, vəziyyəti ağır olan xəstəni reanimasiya şöbəsinə yerləşdiriblər.

Məlumata görə, Rövşən məktəb yoldaşı Elvin Muradova 18 bıçaq zərbəsi endirib.

Hadisənin baş verməsinə gəlincə, telefonda yaranan mübahisəyə aydınlıq gətirmək istəyən Rövşən Şahmarov NZS qəsəbəsindən gecə saat 1 radələrində Elnurun yaşadığı Qara Qarayev küçəsi, 29 ünvanına gəlib. Elə qanlı hadisə də, Elnurun yaşadığı ünvanın yaxınlığında baş verib.

Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinin keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən Rövşən Şahmarov saxlanılıb.

Hazırda faktla bağlı rayon polis idarəsində araşdırmalar aparılır.