Bakıda vəzifəli şəxsin öldürülməsinin SƏBƏBİ - QANLI DAVANIN TƏFƏRRÜATI

Baxış sayı:
11572

Şənbə günü Bakı şəhəri Xətai rayonunda “Abşeron Zeytun” MMC-nin sahə rəisi, 1968-ci il təvəllüdlü Piriyev Bağır Bağman oğlunun döyülərək öldürülməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Publika.az xəbər verir ki, hadisəni törədən şəxs artıq Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. O, bu gün məhkəmə qarşısına çıxarılacaq və istintaq müddəti üçün barəsində qətimkan tədbiri seçiləcək.
Hadisənin səbəbinə gəlincə, ilkin araşdırmalar zamanı məlum olub ki, B.Piriyev və qardaşı oğlu Zığ qəsəbəsi ətrafındakı zeytun bağlarına nəzarət edib və ərazidən yığılan zeytunu zavoda təhvil verirmiş. Onlar Zığ şosesində yerləşən Zeytun bağlarında tanımadıqları şəxslərin ağaclardan zeytun topladığını görərək müdaxilə ediblər və bu zaman dava-dalaş düşüb. B.Piriyev ağır kəllə-beyin travması alaraq 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. O, müayinə edilən zaman qəfil keçinib.
Faktla bağlı Xətai rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.