​Bakıda vəzifəli şəxs işdən çıxarıldı

Baxış sayı:
11428

“Bakı Fond Birjası” QSC-nin İdarə Heyəti sədri Vüqar Namazov vəzifəsindən azad olunub.
"Ölkə.Az" xəbər verir ki, bununla bağlı qərar QSC-nin Səhmdarlarının Ümumi Yığıncağında qəbul edilib.
İdarə Heyətinin sədri vəzifələrinin müvəqqəti icrası Əməliyyat və İnformasiya Texnologiyaları üzrə direktor, İdarə Heyətinin üzvü Eldar Faiq oğlu Abdullayevə həvalə olunub.
Bundan başqa, iclasda BFB-nin 2018-ci il üzrə maliyyə nəticələri təsdiqlənib, müddəti bitdiyi üçün yeni Audit Komitəsi formalaşdırılıb , eləcə də, gündəliyə uyğun olaraq 2019-cu ilin büdcəsi ətrafında müzakirələr aparıldıqdan sonra təsdiq edilib.