Bakıda vulkan püskürən ərazidən görüntülər - VİDEO

Baxış sayı:
430
Xəbər verdiyimiz kimi, bu gün saat 08:53 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib.
Muxalifet.az xəbər verir ki, ikinci püskürmə saat 09: 58 radələrində qeydə alınıb. Alovun hündürlüyü 200-300 metr olub.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayev Otman-Bozdağ palçıq vulkanı püskürmüş ərazidəki son vəziyyətlə baglı məlumatları açıqlayıb.