Bakıda villada fəhlə ölümü – Üçüncü mərtəbədən yıxıldı

Baxış sayı:
3820

Bakıda villanın tikintisində fəhlə işləyən şəxs ehtiyatsızlıqdan yıxılaraq ölüb. “Report” xəbər verir ki, hadisə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində qeydə alınıb. Məlumata görə, 1977-ci il təvəllüdlü Bakı şəhər sakini Hüseynov Telman Eyyub oğlu üçmərtəbəli villanın üçüncü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb. Yaralı 1 satlı Kliniki Tibbi Mərkəzə aparılıb. Onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.