Bakıda və Abşeron yarımadasında külək daha da güclənəcək - XƏBƏRDARLIQ

Baxış sayı:
2680

Bakıda və Abşeron yarımadasında mayın 18-də cənub-qərb küləyinin axşam şimal-qərb küləyinə keçəcəyi, 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.
Muxalifet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumat verilib.
Azərbaycanın rayonlarında mayın 18-19-da gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək.
Mayın 18-də bəzi rayonlarda qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.