​Bakıda "Trump Tower"in adı sökülür - FOTOLAR

Bakının Nəsimi rayonunda yerləşən məşhur "Trump Tower" otelin adı sökülür.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, söküntü işləri hazırda davam edir. 33 mərtəbəli yelkənə bənzər göydələnin özünün sökülüb-sökülməyəcəyi barədə hələ məlumat yoxdur. Otelin tikinti işləri ötən il yekunlaşsa da, onun fəaliyyət göstərməsi ilə bağlı informasiya verilməyib.
Qeyd edək ki, ötən ilin sonunda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trumpın şirkəti Azərbaycan və Braziliyada bağladığı lisenziya müqavilələrini bitirdiyini elan etmişdi. Trump Organisation şirkətinin icraçı vitse-prezidenti Alan Garten CNN-ə müsahibəsində müqavilələrin kəsilməsini "ev təmizliyi" adlandırmışdı.
Xatırladaq ki, bu binanın Azərbaycanda olan tərəfdaş şirkəti - təsisçisi Azərbaycanın nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsus "Qarant" holdinqdir.