Bakıda tramvayların hərəkəti bərpa edilə bilər- VİDEO

Baxış sayı:
449

Bakının nəqliyyat yükünüazaltmaq üçün tramvayların hərəkəti bərpa edilə bilər.

Bu ictimai nəqliyyatın hərəkəti ilə bağlı paytaxtın kifayət qədər təcrübəsi var. Qeyd edək ki, 90-cı illərin ortasına qədər tramvaylar paytaxtın bir sira yerlərinə mövcud idi. Sözügedən ictimai nəqliyyat vasitəsinin yenidən bərpa edilməsi ilə bağlı müzakirələr gedir. Bu barədə məlumati Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müşaviri Rüfət Mahmud deyib. Onun sözlərinə görə, bu məsələyə baxılır.''Şəhərdə mobilliliyi artırmaq üçün müxtəlif ssenarilərə baxılır, ölçülür, qiymətləndirilir və tramvay potensial olaraq elə nəqliyyat növlərindən biri kimi qiymətləndirilir", - deyə Rüfət Mahmud qeyd edib.

Xəbərə şəhər sakinlərinin də reaksiyası yaxşı olub. Onlar da bu nəqliyyat vasitəsinin həm ekoloj, cəhətdənsərfəli olduğunu həm də şəhərin estetik görkəminə müsbət təsir edəcəyini düşünürlər.

Bəs paytaxt küçələri bu ictimai nəqliyyatın hərəkəti üçün əlverişlidirmi? Nəqliyyat eksperti Ərşad Hüseynov da deyir ki, tramvaylar 98-ci ilə qədər Bakıda işlək vəziyyətdə idi. Həmin vaxt paytaxda nəqliyyat sıxlığı az olduğundan onlar rahat hərəkət edə bilirdilər. Amma hazırki vəziyyətə görə tramvayın hərəkəti şəhərdə mümkün deyil.

Ekspert deyir ki, əgər şəhərin mərkəzi küçələrində yolları qazıb tramvay xətti çəkilərsə bu aylar hətta illərlə vaxt aparacaq. Bu da o deməkdir ki, iş gedən vaxt yol bağlanacaq və həmin küçələrdə nəqliyatın hərəkəti iflic olacaq. Ekspert təklif edir ki, şəhər mərkəzi üçün ən əlverişlisi elektobusların alınmasıdır.(Xezerxeber.az)