Bakıda ticarət mərkəzində İNTİHARA CƏHD

Bakının Xətai rayonunda intihara cəhd olub.
Muxalifət.az
-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər intihar məqsədilə ticarət mərkəzinin damına çıxıb.
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə gələrək vətəndaşla müvafiq söhbətlər aparmış və onu intihar etmək fikrindən daşındırıblar. Əməliyyat başa çatıb.