Bakıda tapança ilə gəzən qadın tutuldu – RƏSMİ MƏLUMAT

Baxış sayı:
8145

Bakıda qadından silah götürülüb.
Muxalifet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 7-də Sabunçu rayonu ərazisindəki inzibati binaların birində Bakı şəhər sakini P.Axundovanın çantasına Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən texniki qurğu vasitəsi ilə baxış zamanı oradan pnevmatik tapança və ona aid 3 ədəd patron aşkar edilərək götürülüb.
P.Axundzadə müvafiq araşdırmaların aparılması üçün Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə təhvil verilib.