Bakıda tanınmış jurnalistin avtomobilinin şüşələri sındırıldı - FOTO

Baxış sayı:
4182

Jurnalist İlham Məmmədzadəyə məxsus 99 CM 808 nömrə nişanlı "Mersedes" markalı avtomobilin şüşələri gecə saatlarında sındırılıb.
Muxalifet.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə Sumaqayıt şəhəri, 36-cı məhəllə, bina 5/11-də baş verib.
İ.Məmmədzadə artıq polisə məlumat verildiyini qeyd edib. İ.Məmmədzadə bildirib ki, polislər hələ gəlməyib, maşından oğurluq edilib-edilməməsi polislər gələndən sonra məlum olacaq.

Jurnalist bildirib ki, həyətdə 30-dan artıq maşın olduğu halda sadəcə onun maşınının şüşələrinin sındırılması təsadüfə bənzəmir.