​Bakıda taksi üç qadını vurdu – FOTO

Bakı şəhərində daha bir yol-nəqliyyat hadisəsi baş verib. 
Muxalifet.az primetime.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Afiyəddin Cəlilov küçəsində yaşanıb. 
Belə ki, üç qadın yolun piyada keçidi olmayan hissəsindən keçərkən onları taksi fəaliyyəti ilə məşğul olan avtomobil vurub. 
Hadisə nəticəsində hər üç piyada ciddi xəsarət alıb. Qəza nəticəsində Məmmədova Tünzalə və Nuriyeva Ləman kəllə-beyin travması keçiriblər.
Digər xanım isə qəza nəticəsində huşunu itirdiyindən adını xatırlamayıb. 
Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.