Bakıda taksi sürücüsünə qarşı QULDURLUQ

Baxış sayı:
1684

Bakıda quldurluq hadisəsi baş verib. Muxalifet.az xəbər verir ki, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə müraciət edən Ağsu rayon sakini İ.Şirəliyev dekabrın 5-də idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində minən şəxsin onu bıçaqla hədələyib içərisində 100 manat olan pulqabısını aldığını və Yasamal rayonu ərazisində yerləşən “Qələbə” dairəsinin yaxınlığına sürdürərək orada düşərək getdiyini bildirib. Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və 34-cü PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini O.Salamzadə qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.