Bakıda sürücüləri döyən DƏSTƏ SAXLANILDI

Baxış sayı:
625

Aprelin 13-ü saat 1 radələrində Zabrat qəsəbəsi ərazisində Bakı şəhər sakini Ceyhun Novruzovun “Mercedes” markalı avtomobilinə yaxınlaşan 6 nəfər tanımadığı şəxs Binəqədi qəsəbəsinə gedəcəklərini deyib, sürücü etiraz etdikdə isə onu döyərək mobil telefonunu alıblar.
Muxalifət.az xəbər verir ki, bu barədə C.Novruzov Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edib.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxslər qısa zamanda müəyyən edilib. Görülmüş tədbirlərlə onlar “isti izlər”lə saxlanılıblar. Araşdırmalarla onların Bakı şəhər sakinləri İlfat Qasımov, Elşad İsmayılov, Murad Muradov, Vasif Vəlizadə, əvvəllər məhkum olunmuş Orxan Vəlizadə və Füzuli rayon sakini Rəşad Əliyev olduqları müəyyən edilib.
Onların qəsəbə ərazisində digər “Mercedes” markalı avtomobilin sürücüsü Səxavət Piriyevə qarşı da eyni üsulla cinayət törətdikləri müəyyən edilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.