​Bakıda sürücü avtomobili hasara çırpıb, ÖLƏN VƏ XƏSARƏT ALANLAR VAR

Baxış sayı:
5305

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, mayın 2-də saat 01.00 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qəsəbə sakini Zahid Şərifov idarə etdiyi “Volkswagen” markalı avtomobili yolun kənarındakı evin hasarına, sonradan isə qaz borusuna vurub.
Nəticədə sürücü və sərnişinlərindən qəsəbə sakini Elçin Tağıyev hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.