Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşdu

Bakıda avtobus qəzası baş verib.
Verilən məlumata görə, hadisə Binəqədi rayonu ərazisində, Azadlıq prospektində qeydə alınıb. 202 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusu “İsuzu” markalı yük maşını ilə toqquşub.
Binəqədi rayon Polis İdarəsindən bildirilib ki, qəza nəticəsində ölən və xəsarət alan olmayıb.