Bakıda sərnişin avtobusu qəza törədib
17-11-2019 16:08
Baxış sayı:
5872

Bakıda sərnişin avtobusu qəza törədib. “Report” xəbər verir ki, hadisə Nizami rayonunda, “8-ci kilometr bazarı”nın yaxınlığında qeydə alınıb. “90-VS-438″ dövlət nömrə nişanlı, 49 saylı sərnişin avtobusu arxadan “90-XO-187″ dövlət nömrə nişanlı, 105 saylı sərnişin avtobusuna çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da avtobuslara ziyan dəyib.