Bakıda sərnişin avtobusu mikroavtobusla toqquşdu, YARALILAR VAR

Baxış sayı:
5479

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Səhiyyə Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, hadisə Qaradağ rayonunda qeydə alınıb. Sahil qəsəbəsi, "20-ci Sahə" adlanan ərazidə marşrut avtobusu mikroavtobusla toqquşub. İlkın məlumata görə, hadisə zamanı 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar arasında uşaq və yeniyetmə də var. Yaralılar xəstəxanaya yerləşdirilib.