BAKIDA ŞOK OLAY - Türkiyə vətəndaşı 15 manat borcunu istədi, bıçaqlandı

Baxış sayı:
2462

Bakıda xarici ölkə vətəndaşı bıçaqlanıb. Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi 2 ünvanında baş verib. Türkiyə vətəndaşı, 1989-u il təvəllüdlü Sərxan Güçlü Fehmi oğlu Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Mirzəxanov Ruslan Afət oğlu ilə mübahisə edib. Mübahisə R.Mirzəxanovun Sərxan Gülçüyə olan 15 manat borcunu verməməsi üstündə baş verib. Mübahisə nəticəsində R.Mirzəxanov Sərxan Gülçünü bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.