Bakıda ŞOK OLAY: Gənc oğlan özünü 20-ci mərtəbədən atdı

Baxış sayı:
11260

Bakıda 24 yaşlı oğlan intihar edib.
Hadisə paytaxtın Xətai rayonu Gəncə prospektində qeydə alınıb. 1994-cü il təvəllüdlü Ceyhun Elxan oğlu Rəhimli 20 mərtəbəli "Panaram Park" yayayış kompleksinin damına çıxaraq özünü atıb. Nəticədə o aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir./Open.az/